Çempionlar Liqası: “Qarabağ” bu gün Bolqarıstan klubunu qəbul edəcək

Oxunma vaxtı:24 Saniyə

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

20:00. “Qarabağ” – “Ludoqorets”

Baş hakim: Urs Şnider

Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, cavab görüşü avqustun 13-də “Ludoqorets Arena”da gerçəkləşəcək.

Loading

Next Post

“Gənclik” stansiyasının iş rejimi dəyişdiriləcək

UEFA Çempionlar Liqası turnirinin III təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun avqustun 6-da keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq görüş ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası “Bakı Metropoliteni” QSC-nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət […]