Teymur Rəcəbovun Azərbaycan çempionatına qatılmamasının səbəbi müəyyənləşib

Oxunma vaxtı:30 Saniyə

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun ölkə çempionatına qatılmamasının səbəbi müəyyənləşib.

“Report”un əldə etdiyi məlumata görə, 38 yaşlı qrossmeyster özü yarışda iştirakla bağlı qeydiyyatdan keçmək istəməyib.

O, turnir şahmatın klassik növündə təşkil olunduğu üçün bu addımı atıb. Son vaxtlar klassik şahmat oynamayan Rəcəbov adətən rapid və blits yarışlarında mübarizə aparır.

Bundan əlavə, Teymur Rəcəbov Azərbaycan millisinin kapitanı kimi fəaliyyətinə davam etmək niyyətindədir. Onun kapitanı olduğu yığma ötən il Avropa çempionatında gümüş medal qazanıb.

Qeyd edək ki, Teymur Rəcəbov 2025-ci ilin əvvəlində Azərbaycan çempionatında iştirak edib. Yarımfinalda Rauf Məmmədova uduzan şahmatçı səhhətindəki problemə görə bürünc medal uğrunda görüşdə iştirak etməyib.

Loading

Next Post

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşkül və Ağdərədə 2-6 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır […]