Parisdə Olimpiya kəndində qida çatışmazlığı

Oxunma vaxtı:24 Saniyə


Böyük Britaniyadan olan idmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından və keyfiyyətsiz yeməklərdən şikayətləniblər.

Bu barədə Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Endi Enson “Daily Mail” nəşrinə bildirib.

Vurğulanıb ki, idmançılar Olimpiya kəndindəki əsas restorandan narazıdırlar.

“İaşə şirkəti yeməklərin çatdırılmasını sürətləndirmək üçün çalışır. Müəyyən qidalar kifayət deyil: yumurta, toyuq, müəyyən karbohidratlar. Bundan əlavə, idmançılara çiy ət verilir. Halbuki, yeməyin keyfiyyəti vacibdir. İdmançılarımız Klişidəki restoranımızda yemək yeməyə üstünlük verdilər”, – Enson deyib.

Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Loading

Next Post

Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə “Azəriqaz” məlumat yayıb., SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Masazır yüksək təzyiqli” QPS-də təmir işləri görüləcək. Bu səbəbdən iyulun 26-sı saat 10:00-dan “Masazır” QPS-dən qidalanan “Masazır Qəsəbəsi(Masazır QPS)”, “Duz Zavodu(Masazır QPS)” və “Azpetrol LTD” MMC-yə məxsus ölçü […]