Mahir Emreli: “Nürnberq” karyeram qısa, lakin çox gözəl idi”

Oxunma vaxtı:38 Saniyə

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yollarını ayırdığı Almaniyanın “Nürnberq” klubu ilə bağlı fikirlərini bölüşüb.

27 yaşlı hücumçu bu barədə “Bild” nəşrinə açıqlama verib.

Forvard II Bundesliqanın XXXIV turunda “Ayntaxt” (Braunşveyq) komandasına qarşı görüşdən sonra danışıb.

Qarşılaşmada het-trik edən oyunçu bunları deyib:

“Nürnberq” karyeram qısa, lakin çox gözəl idi. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam”.

Emreli gələcək planları barədə də danışıb:

“Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Son günədək bütün diqqətimi “Nürnberq”ə yönəltmək mənim üçün vacib idi”.

Qeyd edək ki, mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, “Nürnberq”in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb. Azərbaycanlı hücumçu ilə adı açıqlanmayan Bundesliqa klubunun və “Kayzerslautern”in maraqlandığı deyilir.

Loading

Next Post

Həftəsonu 15 min manatdan çox vəsait vətəndaşların bank kartlarından oğurlanıb

Həftəsonu 15 min 770 manat vəsait vətəndaşların bank kartlarından oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır: “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 17-də […]