Nazir: “Azərbaycandakı Olimpiya İdman Komplekslərinin bəzilərinin əsaslı təmirə ehtiyacı var”

Oxunma vaxtı:38 Saniyə

Azərbaycandakı Olimpiya İdman Komplekslərinin bəzilərinin əsaslı təmirə ehtiyacı var.

Bu barədə jurnalistlərə müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazirin sözlərinə görə, demək olar ki, bütün rayonlarda Olimpiya İdman Kompleksi var.

“Bunlar uzun illər ərzində tikilib. Yeni olmayanlar da var. Ölkə başçısı 28 ildir Milli Olimpiya Komitəsinin rəhbəridir. İlk Olimpiya Kompleksi 25 əvvəl istifadəyə verilib. Bəzilərinin əsaslı təmirə ehtiyac var. III MDB Oyunları bunun üçün yaxşı şans idi. Bir çoxlarını əsaslı şəkildə, müasir standartlara uyğun təmir etdik. Yenə də bəziləri qalıb. Növbəti illərdə mərhələli şəkildə təmir edəcəyik. Bütün Olimpiya Komplekslərində hovuzlar işləyir. Qışda əhali az gəlir. Biz intensiv şəkildə təbliğ etməyə çalışırıq. Amma hazırda nəticə bizim üçün elə də ürəkaçan deyil. Əhali az gəlir. Yəqin ki, bir az da işləməliyik. Federasiyalarla bərabər müəyyən layihələrimiz olacaq”.

Loading

Next Post

Fərid Qayıbov: "Hər şey ideal deyil, ola da bilməz" - MÜSAHİBƏ

Gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibə verib. “Report”un da suallarını cavablandıran nazir 2025-ci ildə qazanılmış nailiyyətlər və qarşıdakı planlardan bəhs edib.- 2025-ci il üçün Azərbaycan idmanını necə dəyərləndirirsiniz?- Düşünürəm ki, Azərbaycan idmanı üçün uğurlu il oldu. Medal sayında rekordlarımız var. Bunu həm olimpiya, həm də qeyri-olimpiya növlərinə əsasən […]