Polis mayoru ağır qəzaya düşdü

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun xəbərinə görə hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində  qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobilin təkərinin partlaması nəticəsində idarəetməni itirib. 

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, polis mayoru olan Qubat Qasımov Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin  əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

“Qafqazinfo”

Loading

Next Post

"Azovstal"dan mindən çox əsir Rusiyaya göndərilib

Rusiya hərbçiləri tərəfindən ələ keçirilən Mariupoldakı “Azovstal” zavodundan mindən çox ukraynalı hərbi əsir “istintaq üçün” Rusiyaya aparılıb. Bu barədə Rusiya dövlət xəbər agentliyi TASS Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Onun sözlərinə görə, “hüquq-mühafizə orqanları “Azovstal”ın müdafiəçiləri ilə sıx əməkdaşlıq edir”. Bildirilir ki, Moskvada yüzdən çox adam, o […]