Bakının üç rayonunda qaz olmayacaq

Oxunma vaxtı:36 Saniyə

Bu gün Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq.

B barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, Binəqədi rayonunun 8-ci mikrorayon, S.S.Axundov küçəsində siyirtmənin quraşdırılması, Yasamal rayonunun Hüseyn Cavid prospektində yeraltı qaz xəttində aşkarlanan sızmanın ləğv edilməsi, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və qaztənzimləyici şkafın yerinin dəyişdirilməsi məqsədi ilə sentyabrın 12-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Binəqədi rayonunun S.S.Axundov, İ.P.Dadaşov, 7-ci mikrorayon, 31266-cı məhəllə, Ş.Məmmədova küçələrinin, Yasamal rayonunun Hüseyn Cavid prospektinin bir hissəsinin, Sabunçu rayonunun Ləhic bağları adlanan yaşayış ərazisinin və Nardaran qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Ermənilər Naxçıvanı yenə atəşə tutdu

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb. Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan […]