Ermənilər Naxçıvanı yenə atəşə tutdu

Oxunma vaxtı:20 Saniyə

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, sentyabrın 12-si saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub:

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.

Loading

Next Post

İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü

İsrail ordusu Qəzzadakı “Əl-Cauni” məktəbinə aviazərbələr endirməsi nəticəsində ilkin məlumata görə 18 nəfər ölüb. Bu barədə “Aj-Jazeera” telekanalı məlumat yayıb. Bildirilir ki, onların arasında qadınlar və uşaqlar, eləcə də BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşları da var.(APA)