Bakıda sığınacağa edilən hücumun səbəbi məlum oldu

Oxunma vaxtı:35 Saniyə

Bakıda uşaq sığınacağına edilən hücumun təfərrüatı məlum olub.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O qeyd edib ki, bu gün səhər saatlarında diləndirilən iki azyaşlı sığınacağa yerləşdirilib və münaqişə yaradanlar da həmin uşaqların valideynləridirlər. “Ana deyir ki, diləndirirəm, əcəb edirəm. Ata isə özünü yandıracağını bəyan edir. Bu uşaqlar isə təhlükəsiz yaşamağı, təhsil almağı haqqına sahibdirlər. Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək münaqişə yaradanları ərazidən uzaqlaşdırdı və barələrində araşdırma aparılacaq”, – deyə K.Ağazadə qeyd edib.(oxu.az)

16:40

Bakıda sığınacağa hücum edilib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Belə ki, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.(oxu.az)

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Naxçıvanda vergi ödəyicilərinin sayı 22,4 % artıb

Naxçıvanda vergi ödəyicilərinin sayı artıb. “Report”un yerli bürosu xəbər verir ki, 1 avqust 2023-cü il tarixə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 22,4% (15358 nəfərdir) artıb. Son 7 ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3,4 dəfə, nağdsız əməliyyatlar üzrə dövriyyə isə […]