Türkiyədən SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO

Oxunma vaxtı:32 Saniyə

“Azərbaycanın müəyyənləşdirdiyi yerdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, eyni zamanda, atəşkəs pozuntusu varsa, bununla bağlı tədbirlər görəcək”.

Doğrusöztv.Az Oxu24.com -a istinadən xəbər verir ki, bunu Portuqaliyada rəsmi səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Nazir Türkiyə-Ermənistan əlaqələrinin düzəlmə şərtini də səsləndirib:

“44 günlük müharibə dövründə üç dəfə atəşkəs elan edilməsinə baxmayaraq, Ermənistan hər dəfə bu atəşkəsi pozdu. Atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə ümid edirik. Ancaq bundan sonra Ermənistanla əlaqələrimizi normallaşdırmaqdan danışmaq olar.

Biz bundan sonra atılacaq addımları da Azərbaycanla birgə dəyərləndirəcəyik”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlqar Mirzəyevin oğlu “YAŞAT” Fondunda məsul vəzifəyə təyin olundu

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu “YAŞAT” Fondunda məsul vəzifəyə təyin olunub.Doğrusöztv.Az Oxu24.com-a istinadən bildirir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.Onun sözlərinə görə, fondun 7 rəhbər işçisi təyin olunub: “Onlardan 3 nəfər Qarabağ qazisidir. ,1 nəfər Milli Qəhrəman İlqar Mirzəyevin […]