Jurnalistikaya üz tutanların sayı artıb

Oxunma vaxtı:32 Saniyə

“Bu il Azərbaycan dili fənni üzrə buraxılış imtahanı nəticələri çox yüksək olub”

Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, buraxılış imtahanında Azərbaycan dili fənnindən balların yüksəlməsi jurnalistikaya üz tutanların sayına müsbət təsir edir.

“Jurnalistikaya qəbulda qabiliyyət imtahanın əlavə edildiyi ilk zamanlar görürdük ki, abituriyentlər esse yazmağı bilmirlər. Amma get-gedə bu bacarığın təkmilləşdiyini görmək mümkündür. Ümumiyyətlə qabiliyyət imtahanı bacarıqlı abituriyentlərin seçilməsi üçün labüddür. Bu imtahan müzakirələr əsasında yaradılıb.Əsas üstünlüklərindən biri də odur ki, bu imtahan şəffaf yoxlama prosesi əsasında seçimə imkan verir. İmtahanla bağlı jurnalistika fakültəsinin müəllim-professor heyəti müzakirələr etmək istəyirlərsə, biz onların təkliflərinə açığıq”.

Loading

Next Post

Ceyhun Bayramov Türkiyəyə gedir - Nələr müzakirə ediləcək?

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək. Səfər Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti ilə baş tutacaq. Ankarada keçiriləcək görüşlər zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq. Azərbaycan-Ermənistan sülh prosesi və Türkiyə-Ermənistanın normallaşma addımları gündəmdə olacaq. Səfər zamanı regional hadisələr, eləcə də İsrail-Fələstində baş verən hadisələrin […]