“Qarabağ” son 3 mövsümün rekorduna imza atdı

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

“Qarabağ” Misli Premyer Liqasında qollu oyunlar seriyasını 16-ya çatdırıb.

XXXI turda “Zirə”ni qəbul edən Qurban Qurbanovun yetirmələri 2:2 hesablı heç-heçəyə imza atıb.

XV turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Ağdam klubu hər qarşılaşmada qol sevinci yaşayıb. 16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan “Neftçi” və “Zirə”ni geridə qoyub.

Qeyd edək ki, sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf olunub. 2018/19 və 2019/20 mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17 matçda meydanı qolsuz tərk etməyib.

Loading

Next Post

TDT dövlətlərinin jurnalistləri üçün təlimin açılışı olub - FOTOLAR

Aprelin 24-də Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, […]