“Sabah” son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır

Oxunma vaxtı:1 Dəqiqə, 4 Saniyə

“Sabah” son 18 mövsüm ərzində Azərbaycan futbolunda ilk çempionluğunu yaşayan yeganə komandadır.

 Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməyib.

Masazır təmsilçisinədək sonuncu yeni çempion 2007/2008 mövsümündə ilk titulunu əldə edən “İnter” olub.

Bundan əlavə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv 1992-ci ildən keçirilən turnirin tarixinə 9-cu çempion kimi düşüb.

Cari mövsümə qədər 8 komanda bu titula sahib çıxıb. “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.

Xatırladaq ki, “Sabah” Misli Premyer Liqasında sona 4 tur qalmış birinciliyi rəsmiləşdirib.

Azərbaycan çempionları:

1992. “Neftçi”

1993. “Qarabağ”

1993/1994. “Turan”

1994/1995. “Kəpəz”

1995/1996. “Neftçi”

1996/1997. “Neftçi”

1997/1998. “Kəpəz”

1998/1999. “Kəpəz”

1999/2000. “Şəmkir”

2000/2001. “Şəmkir”

2001/2002. Yarımçıq qalıb

2002/2003. Keçirilməyib

2003/2004. “Neftçi”

2004/2005. “Neftçi”

2005/2006. “Bakı”

2006/2007. “Xəzər Lənkəran”

2007/2008. “İnter”

2008/2009. “Bakı”

2009/2010. “İnter”

2010/2011. “Neftçi”

2011/2012. “Neftçi”

2012/2013. “Neftçi”

2013/2014. “Qarabağ”

2014/2015. “Qarabağ”

2015/2016. “Qarabağ”

2016/2017. “Qarabağ”

2017/2018. “Qarabağ”

2018/2019. “Qarabağ”

2019/2020. “Qarabağ”

2020/2021. “Neftçi”

2021/2022. “Qarabağ”

2022/2023. “Qarabağ”

2023/2024. “Qarabağ”

2024/2025. “Qarabağ”

2025/2026. “Sabah”

Loading

Next Post

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,06 ABŞ dolları və ya 0,05 % azalaraq 122,26 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 122,86 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]