“DSports”: “Sabah” müasir futbol məntiqinə meydan oxuyub

DogruSozTv Az
Oxunma vaxtı:1 Dəqiqə, 18 Saniyə

Azərbaycanın “Sabah” klubu müasir futbolda ən sürətli yüksəlişlərdən birinə imza atıb: on ildən az bir müddətdə Bakı klubu ikinci diviziondakı debütündən çempionluq tituluna və UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağa qədər yol keçib.

Argentinanın “DSports” idman media resursu Azərbaycan çempionunun tarixi uğuruna məqalə həsr edib.

“Mütləq yoxluqdan – bir göz qırpımında qitənin nəhəngləri ilə rəqabətə. Qafqaz klubu müasir futbol məntiqinə meydan oxuyaraq Avropanın ən nüfuzlu turnirinə epik vəsiqəni rəsmiləşdirib”, – məqalədə qeyd olunub.

Media resursunun qiymətləndirməsinə görə, bu qeyri-adi yol gənc Bakı klubunu Avropa mövsümünün əsas sensasiyalarından birinə çevirib.

“DSports” qeyd edib ki, Avropanın əsas klub yarışı ənənəvi olaraq çoxillik, əksər hallarda isə bir əsrlik tarixi olan komandalarla əlaqələndirilir, lakin “Sabah”ın yaranmasından heç 10 il də keçməyib. Bununla da klub sübut etdi ki, layihənin gənc olması Avropa futbol elitasına gedən yolda maneə deyil.

“DSports” litvalı mütəxəssis Valdas Dambrauskasın rəhbərliyi altında komandanın Avropa yürüşünə xüsusi diqqət ayırır. Turnirin əsas mərhələsinə gedən yolda Azərbaycan klubu ardıcıl olaraq Uelsin TNS və Finlandiyanın “KuPS” komandalarının müqavimətini qırıb, daha sonra isə Danimarkanın “Orhus” komandası ilə qarşıdurmada cavab görüşündə rəqibini 4:0 hesabı ilə məğlub edərək parlaq bir kembek reallaşdırıb.

Həlledici döyüş pley-off mərhələsində İsrailin Beer-Şeva şəhərinin “Hapoel” klubuna qarşı baş tutub. İlk oyunda 1:2 hesabı ilə məğlub olan “Sabah” cavab matçının bitməsinə 15 dəqiqə qalmış da geridə idi. “Lakin Bakı təmsilçisi oyunun gedişatını dəyişə, matçı əlavə vaxta daşıya və 5:2 hesabı ilə qələbə qazanaraq Çempionlar Liqasının əsas mərhələsinə tarixi vəsiqə əldə edə bilib”, – nəşr qeyd edib.

Məqalədə vurğulanıb ki, “Sabah” bu uğura özünəməxsus oyun üslubuna və kollektivin gücünə arxalanaraq nail olub.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

Baş nazir Əli Əsədov Şimali Kiprin Baş naziri Ünal Üstelə başsağlığı verib.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, avqustun 31-də Azərbaycanın Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan tələfatı ilə əlaqədar Şimali Kiprin Baş naziri Ünal Üstelə başsağlığı məktubu ünvanlayıb. Məktubda həlak olanların ailələrinə […]