Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

Baş nazir Əli Əsədov Şimali Kiprin Baş naziri Ünal Üstelə başsağlığı verib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, avqustun 31-də Azərbaycanın Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan tələfatı ilə əlaqədar Şimali Kiprin Baş naziri Ünal Üstelə başsağlığı məktubu ünvanlayıb.

Məktubda həlak olanların ailələrinə və yaxınlarına, Şimali Kipr xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa dilənib.

Xatırladaq ki, Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzasında 8 nəfər həyatını itirib, 237 nəfər xilas olunub. Xilas olunanlar arasında iki Azərbaycan vətəndaşı da var. 19 sərnişinin axtarışları isə davam edir.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla görüşü keçirilir. Bu barədə “Report”un Bişkekə ezam olunan müxbiri xəbər verib.