Baş prokuror Beyləqanda vətəndaşları qəbul edib

Oxunma vaxtı:46 Saniyə

Baş prokuror Kamran Əliyev martın 4-də Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, Füzuli, İmişli, Sabirabad, Saatlı, Xocavənd, Cəbrayıl rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, qəbulda iştirak edən 25 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilən qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Loading

Next Post

Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi

Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.  Sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, 50 yaşlı F.Nağıyev 2018-ci ildən Dövlət Turizm Agentliyinin sədridir.