Mövlud Çavuşoğlu Rusiyaya gedir – Türkiyə XİN

Oxunma vaxtı:21 Saniyə

Türkiyənin xarici işlər naziri dekabrın 29-da Rusiyaya səfər edəcək.

Doğrusöztv.Az bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, nazir Soçi şəhərində rusiyalı həmkarı Sergey Lavrovla Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun 8-ci iclasında iştirak edəcək.

İclas zamanı iki ölkə arasında münasibətlər, eyni zamanda regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

İclasın yekununda Rusiya ilə Türkiyə arasında 2021-2022-ci illər üzrə Məşvərət Planı imzalanacaq.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

SON DƏQİQƏ: Ermənilər təxribat törətdi, şəhidimiz var - RƏSMİ

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Bu barədə DOĞRUSÖZTV.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.