Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.
Bu barədə DOĞRUSÖZTV.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Pravda.az-ın xəbərinə görə, siyahıda general-leytenant Hikmət Mirzəyevin, general-leytenant Kərim Vəliyevin, general-mayor Mayis Bərxudarovun, general-mayor Mübariz Rzayevin və general-mayor Ağamir Sultanovun da adı var.