Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edib

Oxunma vaxtı:27 Saniyə

Ədliyyə naziri Fərid Əhmədov Şirvan şəhərində vətəndaşları qəbul edib.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb.

Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Loading

Next Post

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,24 ABŞ dolları və ya 0,31% azalaraq 76.61 ABŞ dollarına çatıb. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,85 ABŞ dolları təşkil edib.