Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Oxunma vaxtı:25 Saniyə

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsində dövlət ittihamçısı ona 18 il həbs cəzası istəyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə Karen Avanesyanın növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə zamanı hadisə şahidlərinin ifadələri dinlənilib. Həmçinin istintaq zamanı Avanesyanın hadisə baş verdiyi ərazidə dindirildiyi kadrlar nümayiş etdirilib.

Çıxış edən dövlət ittihamçısı törətdiyi əməllərə görə Avanesyanın təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.(“Report.az”)

Loading

Next Post

Putin və Paşinyan Sankt-Peterburqda görüşüb

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda ikitərəfli görüş keçirib. Bu barədə Rusiya KİV məlumat yayıb. Görüş Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa səfəri çərçivəsində baş tutub. Rusiya və Ermənistan liderlərinin əvvəlki görüşü sentyabrın 26-da Moskvada […]