Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb

Oxunma vaxtı:22 Saniyə

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krım körpüsündə partlayışın qarşısını alıblar.

Bu barədə Rusiya FTX məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğu “Chevrolet Volt” markalı avtomobildə gizlədilib, avtomobil Ukraynadan Rusiyaya tranzit yolu ilə gətirilib.

Avtomobilin Rusiya-Gürcüstan sərhədininjn “Yuxarı Lars” buraxılış məntəqəsindən keçdiyi deyilir.

Qeyd edilib ki, Kuban vilayətində maşın Krıma aparılmaq üçün sürücüyə təhvil verilməli imiş.

“Ukraynanın maşını kamikadze kimi istifadə etməyi planlaşdırdığı” qeyd olunub.

Partlayıcı qurğu zərərsizləşdirilib.

Partlayıcı yüklü maşını Rusiyaya gətirən şəxslər saxlanılıb.

Loading

Next Post

Sabah Bakıda 35 dərəcə isti olacaq

Avqustun 19-na gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı […]