Putin və Paşinyan Sankt-Peterburqda görüşüb

Oxunma vaxtı:20 Saniyə

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda ikitərəfli görüş keçirib.

Bu barədə Rusiya KİV məlumat yayıb.

Görüş Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa səfəri çərçivəsində baş tutub.

Rusiya və Ermənistan liderlərinin əvvəlki görüşü sentyabrın 26-da Moskvada keçirilib. Paşinyan həmin tarixdə Qlobal Atom Forumunda iştirak etmək üçün Moskvada olub.

Loading

Next Post

Lənkəran və Masallının bəzi ərazilərində işıq olmayacaq

Bu gün Lənkəran və Masallının bəzi ərazilərində elektrik enerjisi olmayacaq. “Azərişıq”dan verilən məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 23 dekabr tarixində 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan 35 kV-luq “Hirkan” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Gərmətük, Hirkan qəsəbəsi, Kosalar, Siyavar, Vel kəndlərində elektrik enerjisinin […]