Murat Yaman: “TDT-yə üzv ölkələr arasında ticarət dövriyyəsi aşağıdır”

Oxunma vaxtı:56 Saniyə

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ticarət dövriyyəsi aşağıdır.

Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman bu gün Türk Ticarət Mərkəzində (TTM) Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonlarının açılışında bildirib.

“Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin təxminən 200 milyon əhalisi var. Onların ümumi ticari mənfəəti 1,5 trilyon ABŞ dollarıdır. Odur ki, onlar həm regionda, həm də dünyada çox böyük gücdür. Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatı iqtisadi güc və siyasi qüdrətinin daha da böyüməsi, siyasi, sosial və iqtisadi birliyinin daha da artması üçün yaradılıb. Lakin təşkilata üzv ölkələrin bu böyük ticarət həcmi hazırda öz aramızda əks olunmur. Yəni Türk Dövlətləri Təşkilatının üzvlərinin bir-biri ilə olan ticarət dövriyyəsi aşağıdır. Odur ki, ticarət dövriyyəsini artırmaq bizim borcumuzdur. Biz öz aramızda ticarətin həcmini artırmaqla ölkələrimizin inkişafı və xalqlarımızın rifahının yüksəlməsi üçün əlimizdən gələni etməliyik. Biz Azərbaycanla Türkiyə, həmçinin digər türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı üçün əlimizdən gələni edirik”, – o vurğulayıb.

M.Yaman qeyd edib ki, bu gün Türk Ticarət Mərkəzində açılan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonları türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyinə böyük ümidlər var.

Loading

Next Post

Əvəz Zeynallı cəzadan azad edilib

“Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb. Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib. […]