Bir neçə ay əvvəl evlənmişdi… – 29 yaşlı şəhidimiz

alfonsonri
Oxunma vaxtı:39 Saniyə

Ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Həsənov Elşad Qabil oğludur.

Şəhid hərbçimiz 1994-cü il təvəllüdlüdür. O, Ağstafa rayonunun Xətai kəndinin sakini olub. Əslən Gədəbəy rayonunun Qaravəlilər kəndindəndir. Elşad Həsənov uşaq olarkən ailəsi Ağstafa rayonunun Xətai kəndinə köçüb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, gizir Elşad Həsənov bir neçə ay öncə ailə həyatı qurub. O, Laçında xidmətdə olub.

Xatırladaq ki, ötən gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. Şəhidlərimiz Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğludur.

Bir neçə ay əvvəl evlənmişdi... - 29 yaşlı şəhidimiz

Fotoda: Şəhid Həsənov Elşad Qabil oğlu

Modern.az

Loading

Next Post

Tovuzda tibb məntəqəsinin binası təhlükə saçır - VİDEO

Tovuz rayonunun Alakol kəndində yerləşən həkim məntəqəsinin binası bərbad vəziyyətdədir. Xezerxeber.az-ın məlumatına görə, bina 1988-ci ildə inşa edilib. Birinci Qarabağ müharibəsi zamanı məntəqənin ikinci mərtəbəsi əvvəlcə hospital, daha sonra isə məktəb binası kimi fəaliyyət göstərib. Hazırda yararsız vəziyyətdədir. Elektrik naqillərinin birləşdiyi yuva açıq vəziyyətdədir. Pasiyentlərin dincəlməsi üçün nəzərdə tutulan çarpayı […]