O da İrəvanda qazandığı qələbəni Azərbaycana həsr etdi

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Türkiyənin daha bir idmançısı qələbəsini Azərbaycana həsr edib.

Çempionatda 64 kiloqram çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kiloqramı ram edərək Avropa çempionu olub.

Ermənistanda böyük uğura imza atan gənc atlet qələbəsini Azərbaycana həsr etdiyini bildirib. O, İrəvanı tərk etmiş Azərbaycan idmançılarını unutmadığını deyib: “Onlar pis olmasınlar. Biz onların yerinə də mübarizə aparıb çempion oluruq”.

Qeyd edək ki, bundan əvvəl 45 kiloqram çəki dərəcəsində 3 qızıl medal qazanmış Cansu Bektaş və gümüş mükafata yiyələnmiş Qəmzə Altun da qələbələrini Azərbaycana həsr etmişdilər.

Loading

Next Post

Hacı Əliyev Azərbaycanın güləş tarixinə düşdü

Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycanın güləş tarixinə düşüb. Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yeganə dördqat Avropa çempionu olan Azərbaycan güləşçisidir. Hacı Əliyevin uğurunu yalnız yunan-Roma güləşçimiz Rafiq Hüseynov təkrarlaya bilər. Belə ki, üçqat Avropa çempionumuz Xorvatiyada keçirilən Avropa çempionatının […]