Hacı Əliyev Azərbaycanın güləş tarixinə düşdü

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycanın güləş tarixinə düşüb.

Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yeganə dördqat Avropa çempionu olan Azərbaycan güləşçisidir.

Hacı Əliyevin uğurunu yalnız yunan-Roma güləşçimiz Rafiq Hüseynov təkrarlaya bilər. Belə ki, üçqat Avropa çempionumuz Xorvatiyada keçirilən Avropa çempionatının yunan-Roma güləşi yarışlarında gücünü sınayacaq.

Avropa çempionatında yunan-Roma güləşi yarışlarına aprelin 21-də start veriləcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan güləşçilərindən Namiq Abdullayev, Xetaq Qazyumov və Cəbrail Həsənov da üç dəfə Avropa çempionu adını qazanıblar. Hazırda onlar idmançı karyeralarını başa vurublar

Loading

Next Post

Ərdoğan: “Putin “Akkuyu” ilə bağlı mərasimə qatılacaq”

“Aprelin 27-də “Akkuyu”da təzə yanacağın əldə olunması ilə bağlı mərasim keçiriləcək. Sahəyə təzə yanacağın tətbiqi ilə “Akkuyu” elektrik stansiyasına çevriləcək. Vladimir Putin də mərasimdə videokonfrans vasitəsilə iştirak edəcək”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı proqramlardan birində gündəmlə bağlı açıqlama verərkən bildirib. Türkiyə lideri qeyd edib: “Sakarya qaz yatağı […]