“Qarabağ”ın “Elfsborq”la oyununu portuqal hakimlər idarə edəcək

Oxunma vaxtı:18 Saniyə

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçin “Elfsborq” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.

UEFA dekabrın 12-də Borasda təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib.

Matçı Antonio Nobre idarə edəcək. Ona Pedro Ribeiro və Nelson Pereira köməklik göstərəcək.

Hakim-inspektor Stefano Podeski (San Marino), UEFA nümayəndəsi isə Yan Atkins (İngiltərə) olacaq.

Loading

Next Post

İsrail tankları Dəməşqin 20 kilometrliyindədir - KİV

İsrail ordusuna məxsus zirehli texnikalar Suriya ərazisinin dərinliklərinə doğru irəliləyib. Bu barədə məlumatı öz mənbələrinə istinadən “Al-Mayadin” yayıb.  Bildirilib ki, İsrail tankları hazırda paytaxt Dəməşqdən təqribən 20 kilometr məsafədə yerləşir.  Telekanalın hesablamalarına görə, İsrail aviasiyası Suriyanın hərbi obyektlərinə 250 zərbə endirib. Belə ki, dekabrın 10-na keçən gecə Homs, Hama və […]