Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək

Oxunma vaxtı:29 Saniyə

Azərbaycanda kino sənayesində dövlət sifarişi sistemi, dəyər zənciri, o cümlədən kütləvi nümayiş və yayım sistemi təkmilləşdiriləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.

Sənədə əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2026-2030-cu illərdə mövcud vəziyyətin təhlili əsasında tədbirlərin, tərəfdaşların, icraçıların və əməkdaşlıq modellərinin müəyyən edilməsini təmin etməlidir.

Bu məqsədlə kino sənayesində keyfiyyətə və milli-mənəvi dəyərlərə üstünlük verilməsinə əsaslanan yeni dövlət sifarişi sisteminin yaradılması təmin edilməli, maliyyələşdirmə mənbələrinin diversifikasiyası, rəqabətədavamlı dəyər zəncirlərinin formalaşdırılması həyata keçirilməlidir.

Loading

Next Post

Paytaxtda 18 istiqamətdə tıxac var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. “20 Yanvar” dairəsində; 5. […]