Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

Oxunma vaxtı:42 Saniyə

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu və Lənkəranda polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Bu barədə  Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 06.07.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı iyulun 7-də saat 11:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Loading

Next Post

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti […]