Çörəyin qiyməti bu tarixdən ENƏCƏK – RƏSMİ

Oxunma vaxtı:25 Saniyə

İyulun 17-dən etibarən pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox, 40 qəpiyə satılacaq.

Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, daxili bazarda çörək istehsalçılarına 50 kiloqram unun 33-34 manata təklif olunduğunu nəzərə alaraq bazar ertəsindən – yəni iyul ayının 17-dən 300 qramlıq çörəyin topdansatış qiymətinin 36 qəpiyə, pərakəndə satış qiymətinin isə 40 qəpiyə satılması tövsiyə olunub.

Çörəyin qiymətinin ucuzlaşması dünya bazarlarında taxılın ucuzlaşması ilə izah olunur.

Loading

Next Post

Boşanmalarla bağlı HƏYƏCAN TƏBİLİ ÇALINIR... - VİDEO

Bu ilin ilk beş ayında Azərbaycanda boşanmaların sayı artıb. Xezerxeberaz xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 5 ay ərzində 19 381 nikah və 9 040 boşanma halları qeydə alınıb. Başqa sözlə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,6-ya düşüb, boşanmaların […]