Boşanmalarla bağlı HƏYƏCAN TƏBİLİ ÇALINIR… – VİDEO

Oxunma vaxtı:43 Saniyə

Bu ilin ilk beş ayında Azərbaycanda boşanmaların sayı artıb.

Xezerxeberaz xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

5 ay ərzində 19 381 nikah və 9 040 boşanma halları qeydə alınıb. Başqa sözlə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-ə qədər artıb.

Sosioloq Üzeyir Şəfiyev deyir ki, bir sıra cütlüklər ailə həyatına hazır olmurlar və onun fəlsəfəsini dərk etmirlər.

“Üstəlik indi ailə münasibəti zamanı bəzi yanaşmalar da dəyişib.”

Həmçinin, müxtəlif seriallar vasitəsilə qərb ölkələrinin həyat tərzləri ötürülür. Bundan başqa, sosial problemlər, xüsusilə də mənzil-məişət problemləri səbəbindən də boşananlar az deyil.

Sosioloq deyir ki, yeni evlənən cütlüklərlə bağlı sosial iş aparılmalıdır. Onlar mənəvi psixoloji baxımdan ailə həyatlarına hazırlanmalıdırlar.

“Həmçinin, gənclər psixoloji testən də keçməlidirlər.”

Loading

Next Post

Rəsmi Bakı: "Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı anlaşılmazlıq və məyusluq doğurur"

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli bəyanatı və sülh prosesini şərh edən 15 iyul 2023-cü il tarixli bəyanatı anlaşılmazlıq və məyusluq doğurur. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı […]