Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Oxunma vaxtı:18 Saniyə

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Loading

Next Post

Şahdağda 20 sm qar yağıb - FAKTİKİ HAVA

Aprelin 11-i saat 09:30-a olan məlumata əsasən, bəzi yerlərdə arabir yağıntılı olub, qar örtüyünün hündürlüyü Şahdağda 20 sm-ə çatıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Ordubad, Culfada 12 mm, Naxçıvanda 9 mm, Şahbuzda 8 mm, Sədərəkdə 7 mm, Gədəbəy, Şərurda 6 mm, Kürdəmir, Biləsuvar, […]