Şahdağda 20 sm qar yağıb – FAKTİKİ HAVA

Oxunma vaxtı:42 Saniyə

Aprelin 11-i saat 09:30-a olan məlumata əsasən, bəzi yerlərdə arabir yağıntılı olub, qar örtüyünün hündürlüyü Şahdağda 20 sm-ə çatıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Ordubad, Culfada 12 mm, Naxçıvanda 9 mm, Şahbuzda 8 mm, Sədərəkdə 7 mm, Gədəbəy, Şərurda 6 mm, Kürdəmir, Biləsuvar, Naftalan, Gəncə, Balakən, Zaqatala, Şəki, Tərtər, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Cəlilabad, Neftçalada 2 mm-dək olub.

Şimal-qərb küləyi arabir Altıağacda 22 m/s, Şamaxıda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 1.7 metrə çatıb.

Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qax, Şəki, Quba, Qrız, Cəfərxan, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 21, Aran rayonlarında 21, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 92 dollara enib

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 0,82 ABŞ dolları və ya 0,88% azalaraq 92.26 dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il […]