Sabahın hava proqnozu açıqlanıb

Oxunma vaxtı:40 Saniyə

Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22°, bəzi yerlərdə 24-26° isti olacaq.

Loading

Next Post

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH

Fransa parlamentinin bir sıra üzvləri anti-Azərbaycan çıxışlarından əl çəkmirlər. Belə deputatlar Ermənistan cəmiyyəti və rəsmi İrəvan üçün önəmi olmayan mövzuları Milli Assambleyada müzakirəyə çıxarmaqla standart tapşırıq icraçısı olduqlarını göstərirlər. Ötən gün Fransanın Avropa və Xarici İşlər Nazirliyi Fransa Milli Assambleyasının üzvlərinin Azərbaycanda həbsdə olan erməni müharibə caniləri ilə bağlı avantürist, […]