Türkiyənin Azərbaycandakı yeni səfiri səlahiyyətlərinin icrasına başlayıb

Oxunma vaxtı:25 Saniyə

Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.

Bu barədə Türkiyən Azərbaycandakı səfirliyi rəsmi “X” hesabında məlumat yayıb.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.

Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.

Loading

Next Post

Təmirə görə bu ərazidə sıxlıq var - Fotolar

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində yolda təmir işləri aparılır. Bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu səbəbdən nəqliyyat sıxlığı yaranıb.