COP29-da irəliləyişə nail olduğumuza görə şadam

Oxunma vaxtı:26 Saniyə

COP29-da karbon emissiyası ilə bağlı məsələdə irəliləyişə nail olduğumuza görə şadam.

Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29 Sədrliyinin mətbuat konfransında deyib.

S.Stilin sözlərinə görə, tullantıların azaldılması baxımından görüləcək iş çoxdur: “İkiillik Şəffaflıq Hesabatını nəzərə alsaq, bu, iqlimlə bağlı daha güclü siyasi qərarlar qəbul etməyə imkan verəcək. Bu, uzun vaxt tələb edən prosesdir. Bu yola çıxanları rəğbətlə qarşılayıram. Bu həftə vacib siyasi qərarlar vaxtıdır. İrəliləmək, məqsədə nail olmaq istəyiriksə, kollektiv və fərdi məqsədləri yerinə yetirməliyik. Hamımız birlikdə irəli getməliyik”.

Loading

Next Post

Avropa İttifaqı İrana yeni sanksiya tətbiq etdi

Avropa İttifaqı (Aİ) bazar ertəsi İranın Rusiyaya hərbi yardım göstərdiyi iddiasına görə ona qarşı yeni sanksiyalar tətbiq edib.Bu barədə Aİ Şurasının rəsmi saytında məlumat qeyd edilib. Sənəddə deyilir: “Bugünkü qərar raketlərin və pilotsuz təyyarələrin hazırlanması və istehsalı üçün istifadə olunan komponentlərin ixracı, ötürülməsi, tədarükü, İrana satışına qadağa qoyulmasını nəzərdə tutur”. […]