Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Oxunma vaxtı:26 Saniyə

1–5 iyun tarixlərində Niderland Krallığının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Rein Dekkers və Bağlantılar üzrə xüsusi elçisi Bernhard Kelkes Baku Enerji Həftəsində iştirak etmək məqsədilə Azərbaycana işgüzar səfər edəcəklər.

Səfər çərçivəsində nümayəndələrin bağlantılar, enerji və regional əməkdaşlıq sahələrini əhatə edən bir sıra görüşlərdə iştirakı nəzərdə tutulur.

Səfər zamanı hökumət nümayəndələri ilə görüşlərin keçirilməsi, Bakı Enerji Forumunda iştirak, ADA University-də təqdimatların təşkili, Orta dəhlizdə fəaliyyət göstərən Holland və Azərbaycan logistika şirkətləri ilə görüşlər, Qarabağa səfər, eləcə də beynəlxalq maliyyə institutları ilə görüşlərin həyata keçiriləcəyi gözlənilir.

Loading

Next Post

May ayının son gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında mayın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16° isti, gündüz 22-27° isti […]