Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib – YENİLƏNİB

Oxunma vaxtı:39 Saniyə

12 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Yaxın Şərqdə artan hərbi eskalasiyanı, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin “X”dəki hesabında yayılıb.

Bildirilib ki, söhbət zamanı son regional proseslər və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.

Loading

Next Post

Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq

Bu gün Mingəçevir şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq”  məlumat yayıb. Bildirilib ki, Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq “Şəhər” yarımstansiyasından çıxan 6 kV-luq 8 saylı hava xətti və bu xətdən qidalanan 400 kVA gücündə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar […]