Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq

Oxunma vaxtı:28 Saniyə

Bu gün Mingəçevir şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq”  məlumat yayıb.

Bildirilib ki, Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq “Şəhər” yarımstansiyasından çıxan 6 kV-luq 8 saylı hava xətti və bu xətdən qidalanan 400 kVA gücündə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək şəhərin Nəriman Nərimanov, Nizami və Əliağa Vahid küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 105 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 10,15 ABŞ dolları və ya 10,63 % artaraq 105,58 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 100,66 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]