Azərbaycanda ət bahalaşdı – YENİ QİYMƏT

alfonsonri
Oxunma vaxtı:39 Saniyə

Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb.

Dogrusoztv.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Cəlilabaddakı satıcılar bildirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub.

Səbəb isə diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır.

Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəziyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər.

Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir.

Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

Loading

Next Post

Günün qoroskopu: Çətin, qarışıq və mürəkkəb gündür

Qoç – İşə ciddi yanaşın. Qeyri-ciddilik, hərdəmxəyallıq problemlər yarada bilər. Peşəkar fəaliyyət müstəvisində irəliləyişə nail olmaq istəyirsinizsə, rəhbərliyin möveqlərinə zidd addımlar atmayın. Bu minvalla müşkül situasiyalar yaratmayın. Kritik məqamlarda məntiqli davranın. Belədə sizə səhvlərinizi bağışlayarlar. Günün ikinci yarısının maliyyə fonu uğurlu deyil. Planlaşdırılmamış xərclər, itkilər ola bilər. Anlaşma və sövdələşmələr perspektivli […]