Azərbaycanla Türkiyə arasındakı Saziş təsdiqləndi

Oxunma vaxtı:20 Saniyə

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”  təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə tərəfinə bildiriş göndərməlidir.

Qeyd edək ki, sənəd 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb.

Loading

Next Post

Ermənistanla sülh müqaviləsinin əsas şərti açıqlandı

“Azərbaycan sülh gündəliyinə sadiqdir. Biz bu istiqamətdə işlərimizi səylə davam etdiririk. Sülh müqaviləsinin imzalanması üçün əsas şərt təbii ki, Ermənistanın konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına münasibətdə dəyişikliklərlə bağlıdır”. Bu fikirləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov səsləndirib. Ceyhun Bayramov bildirib ki, Xarici İşlər Nazirliyi bundan sonra da dövlətin siyasi […]