Sabiq nazirin övladlarının biznesi çökür (FOTO)

Oxunma vaxtı:1 Dəqiqə, 0 Saniyə

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümovun biznesi çökür.

Qaynarinfo-nun məlumatına görə, “Orion Global” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 82 min 551 manat 91 qəpik vergi borcu yaranıb.

Şirkətin tabeçiliyində fəaliyyət göstərən məşhur “Orion Palace”da aparılan vergi yoxlamaları zamanı həmin məbləğdə vergi borcu aşkarlanıb.

Restoran Səlim Müslümovun biznesində əhəmiyyətli yer tutur və sözügedən şirkət üzərindən idarə olunur.

Turqay Müslümovun adına olan “Orion Construction” və “Orion Cars” MMC-lər də müflis olmaq ərəfəsindədir. Qardaşı Asim Müslümlünün adına olan “Orion Creative Solutions” MMC də eyni vəziyyətdədir.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub. Hazırda azadlıqda olan Səlim Müslümovun məhkəmə prossesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə davam etdirilir.

Loading

Next Post

FHN: Xızıda mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 19:10-da tam söndürülüb. Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib. Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii […]