Aktauda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı son hesabat nə zaman açıqlanacaq?

Oxunma vaxtı:47 Saniyə

Qazaxıstanda 2024-cü ilin dekabr ayının sonunda baş vermiş “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarə qəzasının araşdırılması ilə bağlı yekun hesabat ən geci üç ildən sonra təsdiqlənəcək.

Bu barədə respublikanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

“25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin istismarında olan 4K-AZ65 dövlət nömrə nişanlı “Embraer E190AR” təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqat Qazaxıstan Respublikasının investisiyalar və inkişaf nazirinin 27 iyul 2017-ci il tarixli, 505 nömrəli əmrinə uyğun olaraq həyata keçirilir. Əmrin 32-ci bəndinə uyğun olaraq, insan ölümü ilə nəticələnən aviasiya qəzasının təhqiqatının müddəti komissiya yaradıldığı andan təhqiqatın nəticələrinə dair yekun hesabatın təsdiq edildiyi tarixə qədər, bir qayda olaraq, əlavə araşdırma tələb olunmadığı halda, 36 aydan çox çəkmir”, – deyə qurumdan qeyd edilib.

Eyni zamanda, istintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev 2024-cü il dekabrın 30-da “Kazinform” agentliyinə müsahibəsində bildirib ki, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq.

Loading

Next Post

“Demokrat” Levon Ter-Petrosyanın “səmimi” etirafları – etnik təmizləmə və soyqırımına dəstək - ŞƏRH

Ermənistanın faşist mahiyyəti, vaxtilə azərbaycanlılara qarşı etnik təmizləməyə yol verdiyi növbəti dəfə, elə bu ölkənin keçmiş liderinin dili ilə təsdiqini tapıb. Tanınmış videobloqer Albert İsakovun özünün “YouTube” kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. “Demokrat” düşüncəli lider kimi qələmə […]