Emin Əmrullayev Astarada vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:30 Saniyə

Elm və təhsil naziri Emin Əmrullayev 30 may tarixində Astara şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat evrilib.

Bildirilib ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri 13 may  (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Loading

Next Post

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib.Bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib. Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir. Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub. […]