Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib

Oxunma vaxtı:30 Saniyə

Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib.

Bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib.

Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.

K.Əliyev ona yenidən etimad göstərib təyinatı ilə bağlı ali qanunverici orqana təqdimat göndərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatır.

Loading

Next Post

MM qəyyumluq və himayəçilik orqanlarının razılığına dair qərarın bir iş günü ərzində EHİS-ə daxil edilməsini son oxunuşda qəbul edib

Milli Məclis qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarlarının bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməsi haqqında dəyişikliyi son oxunuşda təsdiqləyib. Bununla bağlı parlamentin bugünkü plenar iclasında Ailə və Mülki Məcəllələrdə, “Yaşayış yeri və olduğu yer üzrə […]