Azərbaycan metanol istehsalını 4 %-dən çox artırıb

Oxunma vaxtı:33 Saniyə

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 196,5 min ton həcmində metanol (metil spirit) istehsal olunub.

Bu, 2024-cü ilin 4 ayı ilə müqayisədə 4,4 % çoxdur.

Bu il mayın 1-nə 19 min ton hazır məhsul qalığı yaranıb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi – “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Loading

Next Post

Ərdoğan - Zelenski görüşü başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı görüş başlayıb. Bu barədə Türkiyə KİV məlumat yayıb.