AZAL Rusiyanın bu şəhərlərinə uçuşları dayandırdı – Siyahı

Oxunma vaxtı:42 Saniyə

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb.

Siyahı belədir:

•  Mineralnıye Vodı

•  Soçi

•  Volqoqrad

•  Ufa

•  Samara

Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar verib.

Təhlükəsizlik səbəbindən Qroznı və Mahaçqala da daxil olmaqla, yuxarıda qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib.

Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

Loading

Next Post

Jurnalistlər gəlir vergisindən azad ediləcək - Prezident təsdiqlədi

Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb. Qanuna əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan […]