Qətər Əmiri İlham Əliyevi təbrik etdi

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından, şəxsən öz adımdan Sizə və qardaş xalqınıza səmimi salamlarımı və təbriklərimi, ən xoş arzularımı çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına firavanlıq və inkişaf, ölkələrimiz arasındakı sıx əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini diləyirəm.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.

Loading

Next Post

Qabiliyyət imtahanı bu tarixdə keçiriləcək

Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, müsabiqə şərtlərini ödəyən və […]