Rusiya və Ermənistan müdafiə nazirləri vəziyyəti müzakirə etdilər

Oxunma vaxtı:23 Saniyə

Bu gün Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və onun erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər ikitərəfli hərbi və hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər.

Müdafiə nazirləri eyni zamanda, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin vəzifələrinin icrası ilə bağlı mövcud vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparıblar.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Nazirlər Kabineti 31 rayonla bağlı QƏRAR VERDİ

2010-2020-ci illər ərzində örüş-otlaqlardan Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 31 rayon üzrə 248,2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Doğrusöztv.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib. Hesabatda bildirilir ki, icarəyə verilən 236,9 min hektar torpaq sahəsinin 148,8 min hektarında (63 faiz) əkin […]