“28 May” stansiyasının qarşısı hazırda belədir – Fotolar

Oxunma vaxtı:37 Saniyə

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb.

Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb.

Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

Loading

Next Post

Avtobuslar həmin zolaqlara girə bilər, ya yox?

Xəbər verdiyimiz kimi, bu gündən Bakıda bir sıra küçə və prospektlərdə təşkil edilmiş COP29 zolaqlarına avtomobillərin daxil olması qadağan edilib. Ötən gün aidiyyəti dövlət qurumu tərəfindən həmin zolaqlara müntəzəm marşrut xətləri üzrə avtobusların daxil olmaması ilə bağlı da göstəriş verilib. Lakin bu gün səhər avtobusların sürücü monitorlarına bildirişlər göndərilərək müntəzəm marşrut […]